
Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
понедельник, 29 августа 2016 г.
Harun Ər-Rəşidin dövründə yaşamış Bəhlul kim olub?

Qəbir üzərindəki yazıları oxumaq unutqanlığa səbəb olurmu?
Sual: Bir yerdə oxumuşam ki, qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşsızlığa, unutqanlığa səbəb olur. İndi rəvayəti dəqiq bilmək istəyirəm. Qəbrin üzərində yazılanlar deyərkən nə nəzərdə tutulur? Yəni qəbrin üzərinə yazılan ad, soyad, şeirlər nəzərdə tutulur? Oxumamağın səbəb və fəlsəfəsi nədir?
Cavab: Bəli, qəbirlərin üzərindəkiləri oxumağın yaddaşsızlığa, korazehinliliyə səbəb olması barədə rəvayət mövcuddur. Toplam şəkildə iki rəvayət nəql olunmuşdur. Bu rəvayətlər sənəd baxımından zəifdirlər. Lap bunu qəbul etsək və sənədinin zəif olmasına göz yumsaq belə, belə bir fikir irəli sürmək olar, ola bilər ki, qəbir üzərində yazılanların oxunmamasını tövsiyə etməkdə məqsəd budur ki, insan qəbiristanlıqda ölüm haqqında təfəkkür etmək, yaxud tanışlarının məzarı başında Quran oxumaq əvəzinə oturub başqalarının məzar daşında yazılanları oxuyaraq zehnini qarışdırmamalıdır.
суббота, 27 августа 2016 г.
İslamı qəbul etməyənlər cahiliyyət dönəmində də pis adamlar idilərmi?
Bu mətləb düzgündürmü ki, İslamı qəbul etməyən kəslər cahiliyyət dönəmində də pis, qəbul edən hər kəs isə cahiliyyət dönəmində yaxşı insan olmuşdur?

Yaxud “Əhqaf” surəsinin 10-cu ayəsində deyilir: “Allah zalımları doğru yola yönəltməz!” Bu ayədən məlum olur ki, zülm bəsirət və hidayətə maneə yaradır, həmçinin ilahi lütflərdən məhrum olmağa səbəb olur.
İmam Sadiqdən hər iki dövrdə olmuş fərdlərin rəftarının təhlili barədə rəvayət olunmuşdur ki, insanlar mədənlərdir, eynən qızıl və gümüş mədənləri kimidirlər. Cahiliyyət dönəmində bünövrəsi olanın İslamda da bünövrəsi vardır. (Əl-Kafi, c.8, s.177)
пятница, 26 августа 2016 г.
İmam Hüseynin şəhadət xəbəri Peyğəmbəri üzübmü?

İmam Hüseyn doğularkən onun şəhadət xəbəri Peyğəmbər, İmam Əli və Faitmə Zəhraya verilmişdi. Amma onların heç biri bu məsələyə etiraz etməyiblər, öz narahatçılıqlarını, ya xüsusi rəftar sərgiləyərək bunu qəbul etmədiklərini bildirməyiblər. Əksinə, bəzi rəvayətlərdə mövcuddur ki, onlar belə bir xəbəri eşitcək təkcə təsirlənmiş və ağlamışdılar ki, bu da normal insan hissləri ilə uyğundur və ilahi əmrə müxalifətçilyi göstərmir.
четверг, 25 августа 2016 г.
Peyğəmbərlərin duasının bizim dualardan fərqi varmı?

Məsələ sualda qeyd edildiyi kimi deyil. Əksinə, sıravi camaata tövsiyə olunan zikrlərdə də “Ya Ğafirəl-xətaya” zikri mövcuddur. Məsələn, “Cövşən-Kəbir” duasında “Ya Ğafirəl-Xətaya” ifadəsi qeyd edilmişdir. Həm də rəvayət olunmuşdur ki, peyğəmbərlər də istiğfar etmişlər.
понедельник, 15 августа 2016 г.
"Nisa" surəsi 164-cü ayə peyğəmbərdən sonrakı höccəti inkar etmirmi?
Məgər “Müjdə verən və xəbərdarlıq edən
elçilər (də göndərmişik) ki, (daha bu) elçilərdən sonra camaatın Allaha bir
höccəti olmasın” – kimi ayələr peyğəmbərlərdən sonra başqa bir höccətin
olmayacağına şahidlik etmir? Görəsən bu, şiələrin inancına zidd deyilmi?
Məsum imamların höccət olmasını sual
altına qoyan və bunun xatəmiyyət ilə ziddiyyət təşkil etməsilə əlaqədar
şübhələrdən biri budur ki, qeyd edilən ayə (“Nisa” surəsi, 164-cü ayə)
xatəmiyyətə və peyğəmbərlərdən sonra ilahi höccətin olmasının qeyri-mümkünlüyünə
dəlalət edir. Bu şübhəni yayan şəxslər ilk öncə yuxarıdakı ayəni səhv tərcümə
və yanlış təfsir etmişlər, beləcə, nadürüst bir nəticəyə varmışlar. Onların
gəldiyi nəticə budur ki, ilahi elçilərdən sonra Allah kimsəni höccət qərar
verməmişdir. İslam dinində bu ayənin hökmünə əsasən peyğəmbərlərdən sonra kimsə
höccət deyildir. Peyğəmbərlərdən başqa birisinə vəhy olunmayıb. Lakin məzhəbdə
hər bir imam höccət və hər başçının söylədikləri də höccətdir.
воскресенье, 14 августа 2016 г.
İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu?
İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu?
O da həzrətin digər bacıları kimi Kərbəlada iştirak etmişdirmi?
Bəzi hədis
və tarix mənbələrinin nəqlinə əsasən, İmam Əlinin Ruqəyyə adlı qızı olmuşdur və
onu öz əmisi oğlu Müslim ibn Əqillə evləndirmişdir. Ruqəyyənin bir neçə övladı
oldu: Abdullah, Əli və Məhəmməd. Abdullah Kərbəlada şəhid olmuşdur. (Fəzl ibn
Həsən Təbərsi, “Elamul-Vəra bi-Ə`lamil-Huda”, c.1, s.397; İbn Əbüddünya Əbu
Bəkr Abdullah ibn Məhəmməd, “Məqtəlul-İmam Əmiril-Muminin Əli ibn Əbi Talib,
s.122; Əhməd ibn Yəhya Bəlazəri, “Ənsaful-Əşraf”, c.2, s.70-71; Əli ibn Hüseyn
Əbülfərəc İsfəhani, “Məqatilut-Talibiyyin, s.98)
Bəziləri
deyib ki, İmam Əlinin Rüqəyyə adlı qızı uşaqlıqda vəfat etmişdir. (Əbu Bəşər
Dulabi, “Əz-Zurriyyətut-Tahirə”, s.92; Sibt ibn Cövzi, “Təzkirətul-Xəvass
minəl-Umməti fi Zikri Xəsaisil-Əimmə”, s.289)
“Bismillahir-rəhmanir-rəhim” ifadəsinin 19 hərf olmasının bir fəlsəfəsi varmı?
Təfsir kitablarında iki rəvayət vardır ki, suala uyğun açıqlanmışdır. Bunu
nəzərə alaraq, əvvəlcə həmin iki rəvayəti və onların mənbələrini qeyd etmək,
daha sonra onların möhtəvasının və sənədinin təhlilini aparmaq lazımdır.
Rəvayətləri bəyan etməzdən öndə bilməyimiz lazımdır ki, Qurani-Kərimdə bir
ayənin açıqlamasına görə, Cəhənnəmdə on doqquz nəfər nəzarətçilik vəzifəsini
daşıyırlar: “Onun üzərində on doqquz (gözətçi) vardır.” (Muddəssir, 30). Bu
rəvayətlər də bir növ Quranın həmin ayəsini nəzərdə tutmuşdur.
Birinci rəvayət: Qurtubi Əhli-Sünnənin h.q. yeddinci əsr
müfəssirlərindəndir. O, belə bir məzmunda rəvayət nəql etmişdir: Abdullah ibn
Məsud deyib: "Kim Allahın onu on doqquz zəbanidən (qoruqçu, nəzarətçi,
əzab verən) xilas etməsini istəyirsə “Bismillahir-rəhmanir-rəhim” oxusun ki,
(bununla) Allah-taala (bu ifadənin) hər bir hərfi qarşılığında (həmin on doqquz
nəfərin) hər birindən bir sipər qərar verər”. (Məhəmməd ibn Əhməd Qurtubi,
“Əl-Came li-Əhkamil-Quran”, c.1, s.92)
пятница, 12 августа 2016 г.
“O gün yer başqa bir yerlə əvəz olunar” ayəsinin mənası nədir? ("İbrahim", 48)
Yer və göylərin əvəz olunmasının (“İbrahim”, 48) mənası barədə təfsir alimləri müxtəlif nəzərlər söyləmişlər. Burada onlardan bəzilərini müxtəsər şəkildə təqdim edirik:
1. Həmin gün (Qiyamətdə) yer gümüş, səma isə qızıl olacaqdır. (Fəxrəddin Razi, “Məfatihul-Ğeyb”) Ola bilər ki yerin gümüş kimi pak və səmanın qızıl kimi parlaq olacağını nəzərdə tutublar.
2. Həmin gün yer Cəhənnəm, asiman isə Cənnət olacaqdır. (Təbərsi, “Məcməul-Bəyan)
3. Yer bir tikə xoşdadlı çörək olacaqdır ki, camaat Qiyamət günü boyu ondan yeyəcəklər. (Məcməul-Bəyan)
4. Yer hər kəs üçün ehtiyac duyacağı durumda əvəz ediləcəkdir. Möminlər üçün çörək halını alacaqdır ki, məhşər günü boyunca ondan qidalanacaqdır, başqaları üçün gümüş, kafirlər üçünsə atəş olacaqdır. (Məcməul-Bəyan)
1. Həmin gün (Qiyamətdə) yer gümüş, səma isə qızıl olacaqdır. (Fəxrəddin Razi, “Məfatihul-Ğeyb”) Ola bilər ki yerin gümüş kimi pak və səmanın qızıl kimi parlaq olacağını nəzərdə tutublar.
2. Həmin gün yer Cəhənnəm, asiman isə Cənnət olacaqdır. (Təbərsi, “Məcməul-Bəyan)
3. Yer bir tikə xoşdadlı çörək olacaqdır ki, camaat Qiyamət günü boyu ondan yeyəcəklər. (Məcməul-Bəyan)
4. Yer hər kəs üçün ehtiyac duyacağı durumda əvəz ediləcəkdir. Möminlər üçün çörək halını alacaqdır ki, məhşər günü boyunca ondan qidalanacaqdır, başqaları üçün gümüş, kafirlər üçünsə atəş olacaqdır. (Məcməul-Bəyan)
четверг, 11 августа 2016 г.
Rəbbin Ərşini daşıyanlar (Haqqə, 17)
"Mələklər də onun ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün Rəbbinin ərşini onların (başı) üstündə səkkiz (nəfər, yaxud dəstə) daşıyacaqdır!
"Ərca" bir şeyin tərəfləri, yönləri mənasındadır. "Mələk" burada təkdə olsa da, məqsəd cəmdir.
Sanki həmin gün mələklər hamılıqla əmrə müntəzir şəkildə bir meydanın ətrafında durmuş və hökmü icra etmək intizarında olacaqlar. Onlar göylərdə cərgə qurmuş və haqqın fərmanının intizarındadırlar.
Sonra buyurur: Həmin gün səkkiz mələk onların üstündə Rəbbinin Ərşini daşıyacaqlar.
Bu ərşi daşıyanlar açıq şəkildə burada bəlirlənməyib ki, mələklərdir, yoxsa başqa biriləridir. Ancaq ifadələrdən belə aydın olur ki, onlar mələklərdir. Lakin aydın deyil ki, onlar səkkiz mələkdir, yoxsa səkkiz kiçik, yaxud böyük dəstədə olan mələklərdir.
вторник, 9 августа 2016 г.
İslamdan öncə cahiliyyət dönəmində bütün ərəblər öz qızlarını öldürürdülər?
Qurani-Kərim və taixi mənbələrdən belə nəticə əldə olunur ki, cahiliyyət dönəmində hamı deyil, əksər insanların qız uşağından acıqları gələrdi. Onlardan bəziləri qızlarını öldürər, bəzilərisə cəmiyyətdə xəcalətli olmağı üzərilərinə götürərək, narahatçılıq içində öz qızlarını saxlayardılar.
Quran onlar barəsində belə buyurur: “Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər!” (“Nəhl” surəsi, 58-59)
Qurani-Kərim bu ayədə İslam öncəsi cahiliyyət mədəniyyətində qız uşaqlarını diri halda torpağa gömdüklərinə işarə edir və bildirir ki, əgər onlardan birinə həyat yoldaşının qız uşağı dünyaya gətirdiyini xəbər versəydilər, onlar elə narahat olardılar ki, qəzəbdən çöhrələri qaralardı. Öz-özünə düşünərdi ki, görəsən xarlıq və sıxıntı içində qalaraq qızına baxsın, yoxsa onu diri halda torpağa gömsün? Əlbəttə bəzən qızlarını narahatçılıqla da olsa saxlayar, bəzən diri halda torpağa gömərdilər.
Cahiliyyət dönəmmindəki bu alçaq adət-ənənənin müxtəlif səbəbləri vardı:
пятница, 5 августа 2016 г.
Ölüyə Quran oxumaq düzgündürmü? Bu barədə hədis mövcuddurmu?
Suala
cavab verməzdən öncə bəzi məsələlərə nəzər salmaq lazımdır. Bu məsələlər həll
olunduqdan sonra bu sualın cavabı da aydın olacaqdır:
İslamın
nəzərinə əsasən, ölüm nə deməkdir?
İslama görə ölüm insanın yoxa çıxması və aradan getməsi anlamında deyil.
Əksinə, məna budur ki, insanın yoxluğu qəbul etməyən, yəni yoxa çıxmayan ruhu
bədənilə olan əlaqə və rabitəsini kəsir. Nəticədə bədən aradan gedir, ruh isə
müəyyən zamana qədər öz yaşayışına davam edir. Sonra isə yenidən bədənə
qayıdacaqdır.
Quranda buyurulur: “Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra
yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar
edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da
Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 10, 11)
среда, 3 августа 2016 г.
Əgər Peyğəmbər yazıb-oxumağı bilmirdisə, bəs nə üçün vəfat öncəsi kağız, qələm istədi ki, vəsiyyət yazsın?
Sual verilə bilər ki,
Peyğəmbərin savadsız olması, yəni yazıb oxuya bilməməsi düzdürmü? Elədirsə bəs
nə üçün vəfat öncəsi kağız və qələm istədi?
Düzdür
ki, Qurani-Kərimdə Peyğəmbər "ümmi" ifadəsilə xarakterizə olunmuşdur.
"Ümmi" ifadəsinin barədə bir neçə şeyi bilmək lazımdır:
a) "Ümmi" ifadəsinin bir mənası odur ki, həzrət Peyğəmbər kimsədən
yazıb-oxumaq öyrənməmişdir. Yəni burada yazıb-oxumağı bilməmək nəzərdə tutulmur
b) Başqa bir mənası odur ki, həzrət "Ümmül-Qura" sakini olmuşdur. Bu
ifadə isə Məkkə üçün işlədilmişdir. Bu barədə İmam Cavaddan da rəvayət nəql
olunmuşdur. Rəvayətin müxtəsər məzmunu budur ki, həzrət oxumaq və yazmağı
bilirdi. Amma həzrət məkkəli olduğundan və Məkkənin də "Ümmül-Qura"
adlandığından həzrət Peyğəmbərə "Ümmi" deyiblər.
İndi belə bir versiya üzərində düşünək ki, lap Peyğəmbər yazmağı bilmirdi.
Mümkündür ki, qələm və mürəkkəbi ona görə istəyib ki, katibə sözlərini desin və
o, deyilənləri qələmə alsın. Bu da ona uyğundur ki, bir toplumun başçısının
əmri ilə görülən iş elə onun özünə nisbət verilir. Məsələn, əgər "Mən
sizin üçün filan tövsiyə, yaxud hökmü vermişəm" deyirsə, onun məqsədi bu
deyil ki, hökmən bu fərmanı özü öz əli ilə yazmışdır. Əksinə, məqsəd budur ki,
yazı onun göstərişi ilə yazılmışdır. Burada nəticənin özünə nisbət verilməsinin
heç bir qəbahəti yoxdur.
Подписаться на:
Сообщения (Atom)